Digər
F-16-lar Trampın səfəri zamanı beş təyyarəni ələ keçirdi
ABŞ Prezidenti Donald Trampın Hyustona səfəri zamanı uçuş məhdudiyyətlərini pozan beş təyyarə ələ keçirilib.
Axar.az xəbər verir ki, bu barədə Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) məlumat yayıb.
“29 avqustda F-16 təyyarələri Texas ştatının Hyuston şəhəri üzərində Federal Aviasiya Administrasiyası tərəfindən tətbiq edilmiş müvəqqəti uçuş məhdudiyyətlərini pozan beş ümumi aviasiya təyyarəsini ələ keçirib.
Bütün ümumi aviasiya təyyarələri təhlükəsiz şəkildə ərazidən çıxarılıb", - açıqlamada bildirilib.
Mənbə
axar.az