Cəmiyyət

Azərbaycan gömrükçüləri külli miqdarda dərman preparatları aşkar ediblər - FOTO

29 Aug 2026, 12:04 14 baxış
Azərbaycan gömrükçüləri külli miqdarda dərman preparatları aşkar ediblər - FOTO
Dövlət Gömrük Komitəsi yanında Tovuz Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən dərman vasitələri aşkar edilib. Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, idarənin "Qırmızı Körpü" gömrük postundan keçməklə ölkəmizə gələn yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin qoşqu hissəsində kustar üsulla düzəldilmiş gizli saxlanc yerindən gömrük orqanına bəyan edilməyən 11 adda 43 836 ədəd dərman vasitəsi aşkar olunub. Faktla bağlı araşdırma aparılır.
{{gallery}}
Azərbaycan gömrükçüləri külli miqdarda dərman preparatları aşkar ediblər - FOTO Azərbaycan gömrükçüləri külli miqdarda dərman preparatları aşkar ediblər - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər