Cəmiyyət
Bakı-Quba yolunda yanğın BAŞLAYIB
Bakı-Quba yolunun ətrafında yanğın başlayıb. Oxu.Az xəbər verir ki, hadisə yolun hərəkət hissəsinə yaxın ərazidə qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı-Quba yolunun Siyəzən rayonundan keçən hissəsində yol kənarındakı otluq sahədə yanğın baş verib. Qeyd olunub ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub: "Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür".
Mənbə
oxu.az
Oxşar Xəbərlər