Cəmiyyət
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
Mərkəzi Bankın (AMB) baş direktoru Vüqar Əhmədov vəzifəsindən ayrılıb. Oxu.Az APA-ya istinadla xəbər verir ki, Vüqar Əhmədov avqustun 28-dən öz ərizəsi ilə işdən ayrılıb. Bununla da Mərkəzi Bankın baş direktorlarının sayı 10-dan 9-a enib. Qeyd edək ki, Vüqar Əhmədov 2009-cu ildən AMB-də çalışıb. Əvvəlcə Mərkəzi Bankın Tədqiqatlar departamentinin İqtisadi tədqiqatlar və proqnozlaşdırma şöbəsinin rəisi vəzifəsinə işə qəbul edilib. 2010-2013-cü illərdə Tədqiqatlar və İnkişaf Mərkəzinin Tədqiqatlar departamentinin direktor müavini, həmin departamentin direktoru, 2013-2017-ci illərdə Tədqiqatlar və İnkişaf Mərkəzinin direktoru vəzifəsində işləyib. 2017-ci ilin dekabr ayından isə Mərkəzi Bankın baş direktoru vəzifəsinə çalışıb.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az
Oxşar Xəbərlər