Dünya

Neft qiymətlərində dalğalanma: Son məlumatlar açıqlandı

28 Aug 2026, 13:16 3 baxış
Neft qiymətlərində dalğalanma: Son məlumatlar açıqlandı
Əvvəlki sessiyada qeydə alınan nəzərəçarpacaq artımdan sonra dünya birjalarında neftin cüzi ucuzlaşması müşahidə edilib. Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb. Bakı vaxtı ilə saat 09:12-də Londonun ICE birjasında oktyabr ayında çatdırılma ilə "Brent" markalı neftin füçerslərinin qiyməti 0.33 dollar (0.37%) azalaraq bir barel üçün 89.37 dollara satılıb. Əvvəlki sessiyada isə "Brent" 1.86 dollar (2.1%) bahalaşaraq bir barel üçün 89.7 dollar təşkil etmişdi. Nyu-York Ticarət Birjasında (NYMEX) oktyabr ayında çatdırılma ilə WTI markalı xam neftin füçersləri 0.25 dollar (0.3%) ucuzlaşaraq bir barel üçün 83.28 dollar olub. Əvvəlki sessiyada isə WTI markalı neftin qiyməti 1.30 dollar (1.6%) artaraq bir bareli 83.53 dollara satılmışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər