Dünya

Sankt-Peterburqda hərbçinin avtomobilini partladan şəxsin kimliyi məlum olub

28 Aug 2026, 14:44 2 baxış
Sankt-Peterburqda hərbçinin avtomobilini partladan şəxsin kimliyi məlum olub
Rusiya Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə qoşunlarının polkovnik-leytenantına məxsus nəqliyyat vasitəsinə kustar üsulla hazırlanmış bomba yerləşdirən şəxslə bağlı təfərrüat bəlli olub. Müəyyən edilib ki, hadisəni həyata keçirməkdə şübhəli sayılan şəxsin Rusiya vətəndaşlığı olan 24 yaşlı bir qadındır. Bu barədə Oxu.Az "Fontanka"ya istinadən xəbər verir. İlkin məlumatlara əsasən, bir neçə ay əvvəl şübhəli qadınla naməlum şəxslər əlaqə qurub, ardınca isə bu işə Ukrayna Silahlı Qüvvələrinin nümayəndələri də qoşulublar. Uzunmüddətli psixoloji təsirdən sonra onu avtomobilin altına partlayıcı qurğu yerləşdirməyə inandırıblar. Rusiya vətəndaşı olan qadın Sankt-Peterburqa uçaraq Şuşaraya gedib və Slavyankada hədəfdə olan avtomobili tapıb. Partlayıcı qurğunu quraşdırdıqdan sonra o, vaxt itirmədən Pulkovo hava limanına yollanaraq oradan Türkiyəyə uçub. Hüquq-mühafizə orqanlarının əməkdaşları türkiyəli həmkarları ilə əlaqə saxlasalar da, onlara şübhəli şəxsin artıq ölkəni tərk etdiyi bildirilib. Şübhəlinin növbəti istiqamətinin Moldova paytaxtı Kişineu olduğu aşkar edilib. Qeyd edək ki, Kolpino şosesindəki avtomobil avqustun 27-də səhər saatlarında partladılıb. Hadisə anında maşında iki nəfər olub. Partlayış dalğası hər iki şəxsin ayaqlarını qoparıb. Kişi hadisə yerindəcə həyatını itirib. Mərhumun Rusiya Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı olduğu və hava hücumundan müdafiə sisteminə bilavasitə aidiyyəti olduğu bildirilir. İlkin ehtimallara görə, onun yanında həyat yoldaşı olub və hazırda həkimlər onun həyatını xilas etməyə çalışırlar. Sankt-Peterburqun İstintaq Komitəsi həlak olan şəxsin hərbçi olduğunu təsdiqləyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər