Digər

BEOC "Ən yaxşı Korporativ Mədəniyyət Transformasiyası" nominasiyasında mükafata layiq görülüb!

28 Aug 2026, 14:56 4 baxış
BEOC "Ən yaxşı Korporativ Mədəniyyət Transformasiyası" nominasiyasında mükafata layiq görülüb!
BEOC "Ən yaxşı Korporativ Mədəniyyət Transformasiyası" nominasiyası üzrə "Brandon Hall Group HCM Excellence Awards" çərçivəsində bürünc mükafata layiq görülüb. Oxu.Az xəbər verir ki, mükafat BEOC-un korporativ mədəniyyətin transformasiyası, əməkdaş təcrübəsinin inkişafı və müasir iş mühitinin formalaşdırılması istiqamətində həyata keçirdiyi təşəbbüslərin beynəlxalq səviyyədə qiymətləndirilməsi nəticəsində təqdim olunub. Qeyd edək ki, bu il SOCAR Qrup şirkətləri ümumilikdə 14 beynəlxalq mükafata layiq görülüb. "Brandon Hall Group HCM Excellence Awards" insan kapitalının idarə edilməsi, işçi təcrübəsi, təşkilati inkişaf və korporativ mədəniyyət sahəsində qabaqcıl təcrübələri qiymətləndirən beynəlxalq mükafat proqramıdır.
Mənbə oxu.az

Oxşar Xəbərlər