Dünya
Tramp Hörmüz boğazını yenə ABŞ ərazisi kimi göstərdi - FOTO
ABŞ Prezidenti Donald Tramp ölkəsinə məxsus əraziləri paylaşıb və Hörmüz boğazını bir daha bu siyahıya salıb. Oxu.Az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün "Truth Social" platformasındakı hesabında paylaşım edib. Paylaşılan şəkildə boğazın adının kənarında "yeni" qeydi yazılıb. Tramp bu təsvirlə bağlı heç bir əlavə şərh və ya izahat təqdim etməyib. Qeyd olunan ərazilər siyahısında həmçinin Puerto-Riko, Quam, Amerika Samoası, Vircin adaları, Şimali Marian adaları, Ueyk adası, Mikroneziya Federativ Ştatları, Marşall adaları və Vaşinqton kimi coğrafi adlar da öz əksini tapıb. Xatırladaq ki, Mikroneziya və Marşall adaları reallıqda ABŞ ilə sərbəst assosiasiyada çıxış edən suveren və müstəqil dövlətlərdir.
Mənbə
oxu.az