Dünya
Sankt-Peterburqda içərisində hərbçi və arvadının olduğu avtomobil partladı - FOTO - VİDEO
Rusiyanın Sankt-Peterburq şəhərinin Puşkinski rayonunun Slavyanka mikrorayonunda avtomobil partlayıb. Maşının içərisində polkovnik-leytenant rütbəli hərbçi və onun həyat yoldaşı olub. Hərbçi hadisə yerində həlak olub, qadın isə reanimasiya şöbəsinə yerləşdirilib. Bu barədə Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir.
Partlayış səhər saat 10 radələrində Kolpinskoye şosesindəki "Maqnit" mağazasının yaxınlığında baş verib. İlkin məlumata görə, avtomobildə əldəqayırma partlayıcı qurğu işə düşüb. Partlayış nəticəsində cütlüyün ayaqları qopub. Qeyd edilir ki, partlayan Çinin "Geely" krossoveri olub. Partlayış sürücü mühərriki işə saldıqdan dərhal sonra baş verib. Avtomobilin arxa şüşəsi parçalanıb, kapot və arxa bamper qopub, kuzov ciddi şəkildə deformasiyaya uğrayıb və qalıqlar onlarla metr məsafəyə səpələnib. Şahidlərin sözlərinə görə, partlayış həmçinin yaxınlıqda park edilmiş avtomobillərə də zərər vurub. Hələlik ölənin şəxsiyyəti və partlayışın səbəbləri barədə rəsmi açıqlama verilməyib.

Mənbə
oxu.az