Digər

"Eternity-2026" təliminin yekun planlaşdırma konfransı keçirilib - FOTO

27 Aug 2026, 15:52 2 baxış
"Eternity-2026" təliminin yekun planlaşdırma konfransı keçirilib - FOTO
​Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə keçirilən "Eternity-2026" kompüter dəstəkli komanda-qərargah təliminin yekun planlaşdırma konfransı başa çatıb. Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. ​Üçtərəfli hərbi əməkdaşlıq planına əsasən təşkil olunan konfransda təlimin ssenarisi, taktiki tapşırıqlar, eləcə də iştirakçı heyətin logistik və hərtərəfli təminat məsələləri razılaşdırılıb. ​Təlimin əsas məqsədi mümkün təhdidlərə qarşı birgə mühafizə tədbirlərinin planlaşdırılması, regionun strateji əhəmiyyətli iqtisadi və enerji infrastrukturlarının, nəqliyyat dəhlizlərinin, eləcə də digər beynəlxalq layihələrin təhlükəsizliyinin təmin edilməsi məqsədilə hərbi bölmələr arasında qarşılıqlı fəaliyyət imkanlarının artırılmasıdır. ​Konfransın sonunda tapşırıqların razılaşdırıldığı və təlimə hazırlıq mərhələsinin tamamlandığı bildirilib, yekun protokol imzalanıb.
{{gallery}}
"Eternity-2026" təliminin yekun planlaşdırma konfransı keçirilib - FOTO "Eternity-2026" təliminin yekun planlaşdırma konfransı keçirilib - FOTO "Eternity-2026" təliminin yekun planlaşdırma konfransı keçirilib - FOTO "Eternity-2026" təliminin yekun planlaşdırma konfransı keçirilib - FOTO "Eternity-2026" təliminin yekun planlaşdırma konfransı keçirilib - FOTO "Eternity-2026" təliminin yekun planlaşdırma konfransı keçirilib - FOTO "Eternity-2026" təliminin yekun planlaşdırma konfransı keçirilib - FOTO "Eternity-2026" təliminin yekun planlaşdırma konfransı keçirilib - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər