Cəmiyyət
UEFA Çempionlar Liqasının püşkatma mərasimi hansı kanalda yayımlanacaq?
Bu gün UEFA Çempionlar Liqasının 2026/27 mövsümü üzrə Liqa mərhələsinin rəsmi püşkatma mərasimi baş tutacaq. Oxu.Az xəbər verir ki, Avropa futbolunun nəbzi bu axşam Monakoda döyünəcək və tədbirə Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. İzləyicilər püşkatma mərasimini İctimai TV-də izləyə biləcəklər. Mərasimdə "Sabah" komandasının Liqa mərhələsində rəqibləri də müəyyən olunacaq.
Mənbə
oxu.az