Maraqlı
Suriyada 47 il sonra bir ilk: Əhməd əş-Şaraa şəxsən sınaqdan keçirdi - VİDEO
Suriyada uzun illərdən sonra beynəlxalq ödəniş sisteminin yenidən tətbiqinə başlanılıb və bu, diqqətçəkən bir görüntü ilə elan edilib. Suriya Prezidenti Əhməd əş-Şaraa paytaxt Dəməşqdəki bir restoranda ödənişi "Visa" kartı ilə edib. Bu barədə Oxu.Az xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Əhməd əş-Şaraa Suriya Mərkəzi Bankının rəhbəri Məhəmməd Sufvat Raslanla restoranda qəhvə içib. Sanksiyalar səbəbindən uzun müddət qlobal maliyyə sistemindən təcrid olunmuş bir ölkədə Əş-Şaraanın hesabı nağd pul əvəzinə "Visa" kartı ilə ödəməsi simvolik bir addım olaraq qiymətləndirilib. Qlobal ödəniş şirkəti olan "Visa" da Suriya Mərkəzi Bankı, "Fransabank" və "Paymera" ilə əməkdaşlıq çərçivəsində ölkədə beynəlxalq kart əməliyyatlarının uğurla sınaqdan keçirildiyini açıqlayıb. "Visa" bildirib ki, bu irəliləyiş Suriyada rəqəmsal ödəniş seçimlərinin genişləndirilməsi və ölkənin qlobal rəqəmsal iqtisadiyyata yenidən qoşulması istiqamətində aparılan işlər baxımından əhəmiyyətli bir dönüş nöqtəsidir. Bu irəliləyiş ABŞ-nin Suriyaya qarşı sanksiyalar siyasətində atdığı addımlardan sonra baş verib. ABŞ Dövlət Departamenti Suriyanı "Terrorizmi dəstəkləyən dövlətlər" siyahısından çıxarıb, ABŞ Maliyyə Nazirliyi isə ölkənin artıq "Terrorçu siyahısındakı hökumətlərə qarşı sanksiyalar üzrə əsasnamə" çərçivəsində sanksiyalara məruz qalmadığını qeyd edib. Suriya 1979-cu ildən bəri ABŞ-nin sanksiyalar siyahısında yer alırdı. Sanksiyaların ləğvindən sonra beynəlxalq ödəniş sistemlərinin ölkədə yenidən istifadə edilməyə başlaması lentə alınan bu görüntülərlə tarixə düşüb.

Mənbə
oxu.az
Oxşar Xəbərlər