Ehtiyac olsa, Azərbaycandan elektrik enerjisi alacağıq...
Ermənistan ehtiyac yarandığı halda Azərbaycandan elektrik enerjisi idxal edə bilər.
Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, Ermənistan elektrik enerjisi idxalı məsələsini Gürcüstan, İran və Türkiyə ilə də müzakirə edir:
“Gürcüstanla sərhəddə Avropa Birliyinin maliyyələşdirməsi ilə yarımstansiyanın tikintisi həyata keçirilir. Bu layihə elektrik enerjisinin idxalı və ixracını asanlaşdıracaq”.
Qeyd edək ki, avqustun 25-də Azərbaycanın Laçın şəhərində Azərbaycan və Ermənistanın aidiyyəti qurumlarının nümayəndələri arasında görüş keçirilib. Görüşdə iki ölkə arasında elektrik enerjisinin idxalı və ixracı, həmçinin enerji infrastrukturunun dövlət sərhədində əlaqələndirilməsi imkanları müzakirə olunub.