İdman

Kloppun Almaniya millisi ilə çıxacağı ilk ev oyununun biletləri 10 dəqiqəyə satıldı

27 Aug 2026, 01:48 3 baxış
Kloppun Almaniya millisi ilə çıxacağı ilk ev oyununun biletləri 10 dəqiqəyə satıldı
Almaniya və Yunanıstan milliləri arasında keçiriləcək Millətlər Liqasının ev oyununa bütün biletlər satışa çıxarıldıqdan 10 dəqiqə sonra satılıb. Oxu.Az bu barədə "Bild" nəşrinə istinadən xəbər verir. Qarşılaşma sentyabrın 27-də Aqsburqda baş tutacaq və Yurgen Kloppun Almaniya milli komandasının baş məşqçisi postunda ilk ev oyunu olacaq. Millətlər Liqası çərçivəsində Almaniya yığması A divizionunun ikinci qrupunda mübarizə aparır və burada onun digər rəqibləri Niderland və Serbiya yığmalarıdır.
Mənbə oxu.az

Oxşar Xəbərlər