İdman

Çempionlar Liqasında bütün iştirakçılar BƏLLİ OLDU: "Sabah" nəhənglərlə bir sırada

27 Aug 2026, 02:00 4 baxış
Çempionlar Liqasında bütün iştirakçılar BƏLLİ OLDU: "Sabah" nəhənglərlə bir sırada
UEFA Çempionlar Liqasının 2026/2027-ci illər mövsümünün ümumi mərhələsinin bütün iştirakçıları müəyyənləşib. Oxu.Az xəbər verir ki, turnirin əsas mərhələsində ümumilikdə 36 komanda mübarizə aparacaq. Onlardan 29-u birbaşa vəsiqə qazanıb, qalan yeddi yeri isə seçmə mərhələni keçən komandalar tutub. Son dörd vəsiqə "Fənərbağça" (Türkiyə), AEK (Yunanıstan), "Vikinq" (Norveç) və "Slovan" (Sloveniya) klublarına nəsib olub. Daha əvvəl ümumi mərhələyə vəsiqəni İsrailin "Hapoel Beer-Şeva" komandasına qalib gələn Azərbaycanın "Sabah" (1:2, 5:2), "Seltik"i (Şotlandiya) məğlub edən LASK (Avstriya) (0:3, 5:1) və "NEC Neymegen"i (Niderland) üstələyən "Budyo Qlimt" (Norveç) (3:1, 3:0) əldə ediblər. Beləliklə, Çempionlar Liqasının ümumi mərhələsində aşağıdakı 36 komanda oynayacaq: "Arsenal", "Mançester Siti", "Mançester Yunayted", "Aston Villa", "Liverpul" (hamısı İngiltərə), "Barselona", "Real Madrid", "Vilyarreal", "Atletiko", "Betis" (hamısı İspaniya), "İnter", "Napoli", "Roma", "Komo" (hamısı İtaliya), "Bavariya", "Borussiya", "RB Leypsiq", "Ştutqart" (hamısı Almaniya), PSJ, "Lans", "Lill" (hamısı Fransa), PSV, "Feyenoord" (hər ikisi Niderland), "Portu", "Sportinq" (hər ikisi Portuqaliya), "Brügge" (Belçika), "Slaviya" (Çexiya), "Qalatasaray", "Fənərbağça" (hər ikisi Türkiyə), "Şaxtyor" (Ukrayna), "Budyo Qlimt", "Vikinq" (hər ikisi Norveç), "Sabah" (Azərbaycan), LASK (Avstriya), AEK (Yunanıstan) və "Slovan" (Bratislava).
Mənbə oxu.az

Oxşar Xəbərlər