Digər
Ərdoğan Pakistanın yanında polad divar kimi dayanıb - Şərif
Pakistanın Baş naziri Şahbaz Şərif çətin dövrlərdə Türkiyənin dəstəyini yüksək qiymətləndirərək Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, Ş.Şərif "Sirət-un-Nəbi" konfransında çıxışı zamanı Türkiyənin həm yaxşı, həm də çətin günlərdə həmişə Pakistanın yanında dayanan dost ölkə olduğunu vurğulayıb.
"Çox təfərrüata varmadan açıq şəkildə deyə bilərəm: Türkiyə xalqı və hökuməti və mənim əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğan Pakistanın yanında polad divar kimi dayanıb", - deyə bildirib.
Mənbə
axar.az