İdman
"Fənərbağça" 18 il sonra əsas mərhələyə vəsiqə qazandı
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin oyunları davam edir.
Axar.az xəbər verir ki, Türkiyənin “Fənərbağça” klubu Fransada “Lion”la qarşılaşıb. Görüş İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
İki oyunun nəticəsinə əsasən rəqibini 3:2 hesabı ilə məğlub edən "Fənərbağça" adını Çempionlar Liqasının liqa mərhələsinə yazdırıb.
"Fənərbağça" son dəfə 2007-2008-ci illər mövsümündə turnirin əsas mərhələsində mübarizə aparmışdı. Komanda həmin il 1/4 finala kimi irəliləmişdi.
Gecənin digər nəticələrinə əsasən "Vikinq" (Norveç) və AEK (Yunanıstan) də liqa raunduna vəsiqə əldə edib.
Mənbə
axar.az