Digər
Yaponiyada güclü zəlzələ oldu
Yaponiyanın Honsu adasının şərq sahillərində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.
Axar.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri təxminən 117 min nəfərin yaşadığı İşinomaki şəhərindən 225 km cənubda yerləşib. Zəlzələ ocağı 10 km dərinlikdə olub.
Zərərçəkənlər və ya dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.
Mənbə
axar.az