Cəmiyyət

Qaza həsrət qalan kənd sakinləri - VİDEO

26 Aug 2026, 22:36 2 baxış
Qaza həsrət qalan kənd sakinləri - VİDEO
İsmayıllı rayonunun Bəhliyan kənd sakinləri ərazidə təbii qazın olmamasından şikayətçidirlər.

Mavi yanacağın yoxluğu, xüsusilə, qış aylarında ciddi çətinliklər yaradır, kəndlilər istilik tələbatını ödəmək üçün uzaq məsafələrdən quru odun daşımağa məcbur olurlar. Çətin vəziyyətdə qalan kəndlilər həyətlərindəki meyvə ağaclarını kəsərək yandırırlar, bu da bölgədə kənd təsərrüfatına və meyvəçiliyə ciddi zərər vurur.
Qaza həsrət qalan kənd sakinləri - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər