İdman
UEFA geri addım atdı: Dünya çempionatı BOYKOT edilməyəcək
UEFA dünya çempionatını boykot etmək planından imtina edib. Oxu.Az bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir. "Bu, UEFA-nın məğlubiyyəti deyil, daha çox gənc oyunçuları ömürdə bir dəfə ələ düşən imkandan məhrum etməməyə imkan verən reallıqdır. Fəaliyyətlər və dəyişiklik tələbləri davam edəcək", - deyə agentliyin mənbəsi bildirib. Qeyd olunur ki, UEFA FIFA prezidenti Canni İnfantinoya qarşı daha qətiyyətli addımlar atmağa hazırlaşır. Təşkilatda birbaşa funksionerin özünə qarşı iş aparılması planlaşdırılır. Daha əvvəl İnfantinonun dünya çempionatındakı payın bir hissəsinin özəl investorlara satılması təklifini nəzərdən keçirdiyi məlum olmuşdu. Mənbənin məlumatına görə, FIFA turnirin idarəçiliyini ayrıca şirkətə həvalə etməyi və onun səhmlərinin təxminən 20-30 faizini investorlara satmağı planlaşdırır.
Mənbə
oxu.az