Cəmiyyət

12 yaşayış məntəqəsində işıq olmayacaq

26 Aug 2026, 22:18 3 baxış
12 yaşayış məntəqəsində işıq olmayacaq

Sabah Cəlilabad rayonunun 12 yaşayış məntəqəsinə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.


Axar.az xəbər verir ki, buna səbəb 35 kV-luq "Göytəpə" yarımstansiyasına gələn hava xəttində aparılacaq təmir işləridir.


Nəticədə sabah saat 11:00-dan 13:00-dək Cəlilabad rayonu üzrə 8270 abonentin (Göytəpə şəhəri, Kazımabad, Muğan, Maşlıq, Söyüdlü, Privolnoye, Ağdaş, Oğrubulaq, Fətullaqışlaq, Komanlı, Həziabad və Alaşar kəndləri) elektrik enerjisi ilə təchizatında fasilə yaranacaqdır.

Mənbə axar.az

Oxşar Xəbərlər