Dünya

Çin-Nepal sərhədində torpaq sürüşməsi: İtkin düşənlər var - VİDEO

26 Aug 2026, 13:56 4 baxış
Çin-Nepal sərhədində torpaq sürüşməsi: İtkin düşənlər var - VİDEO
Çin və Nepal arasındakı dövlət sərhədində yerləşən "Gyironq" avtomobil buraxılış məntəqəsi ərazisində torpaq sürüşməsi qeydə alınıb. Oxu.Az "Xinhua" agentliyinə istinadən xəbər verir ki, yerli hökumət orqanları hadisə nəticəsində bir neçə nəfərin itkin düşmə ehtimalının olduğunu bildirirlər.

Hadisə Çinin Tibet bölgəsindəki Şiqadze şəhəri yaxınlığında qeydə alınıb. Agentliyin məlumatına əsasən, hazırda sərhəd məntəqəsindən avtomobil yolu vasitəsilə gediş-gəliş tamamilə dayanıb. Bundan əlavə, təbii fəlakət zonasında rabitə əlaqəsi və elektrik enerjisinin təchizatı kəsilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər