Dünya
Robert Koçaryanla bağlı yenidən vəsatət qaldırıldı
Həkimlər Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın məhkəməyə aparılmasına icazə verməyiblər və onun həbsi üçün yenidən vəsatət qaldırılıb. Oxu.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə onun oğlu, deputat Levon Koçaryan parlamentdə jurnalistlərə məlumat verib. Keçmiş prezidentin oğlu bildirib ki, bu gün səhər saat 08:00-da atasının saxlanılma müddəti başa çatıb, bundan sonra müstəntiqlər Robert Koçaryanın 24 saat ərzində həbsi üçün yenidən vəsatət qaldırıblar. Xatırladaq ki, Ermənistanda iki keçmiş dövlət başçısı - Robert Koçaryan və Serj Sarqsyan dövlət əmlakının mənimsənilməsi faktı ilə bağlı açılmış cinayət işinə cəlb olunublar.
Mənbə
oxu.az