İdman

Qurban Qurbanov: "Komandanın hazırlığı yaxşı səviyyədədir"

26 Aug 2026, 13:38 5 baxış
Qurban Qurbanov: "Komandanın hazırlığı yaxşı səviyyədədir"
"Sabah" klubunu bu böyük nailiyyət səbəbilə təbrik edirəm". Oxu.Az xəbər verir ki, bunu UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasından əvvəl keçirilən mətbuat konfransında "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib. O, çox baxımlı oynayan rəqibə qarşı oynayacaqlarını qeyd edib: "Şansımız var və bu şansımızdan istifadə edib azarkeşlərimizi sevindirməyə çalışacıyıq. Komandanın hazırlığı yaxşı səviyyədədir. Mən belə oyunlarda rəqibdən çox, özümüzün oyuna necə hazır olması barədə düşünmüşəm. Futbolçularımız diqqətli olmalıdırlar". Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Tvente" matçı avqustun 27-si saat 20:00-sa start götürəcək. Xatırladaq ki, tərəflər arasında Niderlandda keçirilən ilk oyun "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatmışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər