İdman

"Tvente" ilə oyun maraqlı olacaq... - Qurbanov

26 Aug 2026, 13:44 6 baxış
"Tvente" ilə oyun maraqlı olacaq... - Qurbanov

"Qarabağ" "Tvente" ilə oyunda azarkeşləri sevindirməyə çalışacaq.


Axar.az xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Tvente" (Niderland) ilə Bakıda keçiriləcək cavab matçından öncə mətbuat konfransında deyib.


Mütəxəssis UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan "Sabah"ı da təbrik edib:


"Sabah"ı təbrik edirəm. Uğurlar arzulayıram. "Tvente" ilə oyun bizim üçün vacibdir. Maraqlı oyun olacaq. Azarkeşləri sevindirməyə çalışacağıq"


Xatırladaq ki, "Qarabağ" - "Tvente" görüşü avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Komandalar arasında Niderlandda baş tutan oyunda Ağdam təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

Mənbə axar.az

Oxşar Xəbərlər