Maraqlı
Bakı metrosunda sovet ad və simvolları niyə dəyişdirilmir? - ARAŞDIRMA
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi ilə bağlı təsdiq edilən Tədbirlər Planında ölkənin müxtəlif ərazilərində adsız zirvələrə, prospekt, küçə, meydan və digər ərazi vahidlərinə, eləcə də Bakı şəhərinin metro stansiyalarına yeni adların verilməsi də əksini tapır. Lakin ötən müddət ərzində metro stansiyalarının adlarının dəyişdirilməsi ilə bağlı hələlik hər hansı rəsmi açıqlama verilməyib. Məsələ xüsusilə sovet dövründə verilmiş və həmin zamanın ideoloji-siyasi məzmununu əks etdirən metro stansiyalarının adları baxımından diqqət çəkir. Belə stansiyalardan biri "Xalqlar dostluğu"dur. Stansiyanın adı sovet dövründə SSRİ xalqlarının vahid ittifaq daxilində birliyini təbliğ edən siyasi konsepsiyaya istinad edir. 1989-cu ildə - SSRİ-nin son illərində istifadəyə verilən stansiyanın interyerindəki bəzi elementlərdə də həmin dövrün simvolikası əks olunur. Məsələn, stansiyanın divarlarında yer alan 15 ağac təsvirinin 15 sovet respublikasını simvolizə etdiyi bildirilir. SSRİ artıq mövcud olmasa da, bu elementlərin bir hissəsi hələ də qorunub saxlanılır.
"Ulduz" stansiyasının da adı sovet ideologiyası ilə əlaqələndirilib. 1970-ci ildə istifadəyə verilən stansiyanın adının mənası sovet hərbi və siyasi simvolikasının - komminizm və "Qırmızı ordu"nun əsas rəmzi olan qırmızı ulduza işarədir. Stansiyanın memarlıq və bədii tərtibatında da dövrün estetikası özünü göstərir. "Bakmil" stansiyasının adı da çağdaş dövrümüzün reallıqları baxımından bir o qədər də məqbul deyil. Çünki stansiyanın adı sovet dövrünün sənaye və beynəlxalq əməkdaşlıq layihələrindən birinə bağlıdır. Bu ad Bakı və Milan şəhərlərinin adlarının birləşməsindən yaranıb və SSRİ dövrünün nəhəng sənaye layihələrindən birini xatırladır. SSRİ dövründə Bakıda İtaliyanın Milan şəhərindən gətirilən texnologiya əsasında böyük bir müəssisə tikilmişdi. Bu müştərək sənaye nəhənginin şərəfinə əraziyə və stansiyaya "Bakmil" (Bakı-Milan) adı verildi. Stansiya ilk dəfə 1970-ci ildə açılarkən yaxınlıqdakı elektrik mühərrikləri zavoduna görə "Elektrozavod" adlanırdı. 1979-cu ildə yenidən qurularaq adı "Bakmil"ə dəyişdirildi. Hazırda isə nə SSRİ var, nə də stansiyasının adını daşıdığı müəssisə fəaliyyət göstərir və bu da adın dəyişdirilməsinin məqsədəuyğunluğunu gündəmə gətirir.
"Gənclik" stansiyasının da adı sovet dövrünün ideoloji yanaşması kontekstində nəzərdən keçirilə bilər. 1967-ci ildə istifadəyə verilən stansiyanın adında sovet gəncliyinə, enerjisinə və gələcəyin qurucularına verilən ideoloji əhəmiyyət öz əksini tapırdı. Həmin dövrdə "Komsomol" və digər gənclər təşkilatları sovet ideologiyasının əsas dayaqlarından biri hesab olunurdu. Bütün bunlar fonunda isə sual yaranır: Azərbaycanın müstəqillik dövründə metro stansiyalarının adlarının milli dövlətçilik, tarix və müasir ictimai dəyərlərə uyğunlaşdırılması istiqamətində, həm də bu istiqamətdə "2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında Prezidentin Sərəncamının olduğunu nəzərə alaraq hansı dəyişikliklər ediləcək? Maraqlıdır, hansı stansiyaların adları dəyişdiriləcək və yeni adlar hansı prinsiplər əsasında müəyyənləşdiriləcək? Oxu.Az rəsmi qurumlar və ekspertlərlə mövzunu araşdırıb. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən (QSC) sorğumuza cavab olaraq bildirildi ki, metro stansiyalarının adlandırılması və adlarının dəyişdirilməsi Nazirlər Kabinetinin müvafiq qərarları əsasında həyata keçirilir: "Hazırda fəaliyyətdə olan stansiyalarda əsaslı təmir və yenidənqurma işləri tikintinin norma və qaydaları çərçivəsində olmaqla, infrastrukturun texniki xüsusiyyətlərinə uyğun tələblər, konstruksiya, qurğu və avadanlıqların istehsalçı tərəfindən istismar müddəti, habelə normativlər əsasında müəyyən edilmiş hallarda aparılır. Stansiya infrastrukturunun əsaslı təmiri və yenidən qurulması dövründə memarlıq və dizayn elementlərinin dəyişdirilməsi və yaxud yenilənməsi mümkündür". Mövzu ilə bağlı aidiyyəti qurum olaraq Nazirlər Kabinetinin də mövqeyini öyrənmək istəsək də, bu, mümkün olmadı. Belə ki, qurumun mətbuat xidməti ilə dəfələrlə əlaqə saxlasaq da, cəhdlərimiz nəticəsiz qaldı və sorğumuza heç bir cavab verilmədi. Tarix elmləri doktoru, əməkdar elm xadimi Solmaz Tohidinin sözlərinə görə, hər bir ölkənin istər iri şəhərləri, istərsə də ən kiçik yaşayış məntəqələrində həmin ərazilərdə baş verən mühüm hadisələri, yaxud onun tarixində, ədəbiyyatında, mədəniyyətində iz qoyan mühüm şəxsiyyətləri xatırladan adlar mövcuddur:
"Azərbaycanın müasir tarixində hər siyasi-ideoloji dövrün öz əhəmiyyətli sayılan hadisələri və tanınmış şəxsiyyətləri olub. Eyni zamanda bir sıra səbəblərdən Azərbaycanın dövlətçilik tarixində həqiqətən mühüm rol oynamış şəxsiyyətlər və hadisələr müxtəlif səbəblərdən diqqətdən kənar qalıb. Beləliklə, bir tərəfdən adların dəyişilməsi, digər tərəfdən yeni adların hansı prinsip əsasında seçilməsi sualı ortaya çıxır. Zənnimcə, ilk növbədə Azərbaycan dövlətçiliyinə və xalqına, ən müxtəlif sahələrdə xidmət amili əsas götürülməlidir. Sovet dövrü Azərbaycanın dövlətçilik və siyasi-ictimai tarixində sırf mənfi rol oynadıqları danılmaz faktlarla təsdiq olunan şəxsiyyətlərin (məs. Şaumyan başda olmaqla 26 Bakı komissarları, bəzi bolşevik xadimləri) adlarını, eləcə də tarixi təqvimləri (27 aprel, 7 noyabr və s.) xatırladan adların dəyişilməsi müstəqilliyini bərpa etmiş dövlətimiz üçün zəruri idi və bu işlər görüldü. Burada qeyd edilməlidir ki, həmin dəyişilmə qərarlarını verən insanlar bu vəzifəni olduqca düşünülmüş və məntiqli şəkildə, sovet dövründə fəaliyyət göstərmiş hər bir tarixi şəxsiyyətə fərdi qaydada yanaşmaqla, onun Azərbaycan dövlətçiliyində xidmətlərini nəzərə almaqla gördülər. Bu çox mühüm addım idi və bu sıradan Nəriman Nərimanovla bağlı adların və onun heykəlinin saxlanılması ən bariz nümunədir". "Nəzərə almaq lazımdır ki, 70 illik sovet tarixi Azərbaycan dövlətçiliyinin və xalqının həyatının ayrılmaz hissəsidir. Bu dövrü tarixdən və yaddaşlardan birdəfəlik silmək mümkün deyil. Həmin müddət azərbaycanlıların üç nəslinin yaşayıb-yaratdığı, elm, təhsil, mədəniyyət, ədəbiyyat, sənaye və təsərrüfat sahəsində misilsiz uğurlar qazandığı bir dövrdür. Odur ki, həmin dövr ölkəmizin inkişafı ilə əlaqədar tarixi hadisələr və şəxsiyyətlərin adları müasir dövrdə xalqın yaddaşında bu və ya digər şəkillərdə əks olunmalı və bu yolla təbliğ edilməlidir. Bu baxımdan sovet dövrünün bəzi ümumbəşəri əhəmiyyət daşıyan simvolları da ("Xalqlar dostluğu", "Ulduz" və s.) məhz bu mənada pozitiv rəmzlər kimi saxlanıla bilər", - deyə tarixçi vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanın milli müstəqil dövlətçiliyinin əsasını qoyan Cümhuriyyət liderlərinin xidmətləri və adları yalnız küçələrə verilməklə deyil, daha geniş miqyasda və layiqincə anılmalıdır: "Bakıda, Gəncədə və digər böyük şəhərlərdə Cümhuriyyət meydanları yaradılmalı, bu meydanlarda cümhuriyyət xadimlərinin büstləri qoyulmalı, onların dövlət xadimi kimi Bakıda yaşadıqları evlərin qarşısına xatirə lövhələri vurulmalı, ev muzeyləri yaradılmalıdır. Bu sıradan ən ədalətli addım isə Bakının ən gözəl memarlıq abidəsi, vaxtilə Bakının müsəlman xeyriyyə cəmiyyətlərinin fəaliyyəti üçün inşa edilən və 1918-ci ilin qanlı mart hadisələrində yandırılana qədər müsəlman əhalisinin bütün mühüm yığıncaqlarının keçirildiyi, sovet dövründə isə I türkoloji qurultayın keçirildiyi İsmailiyyə binasında "Cümhuriyyət muzeyi" təşkil etmək və bu şanlı tariximizlə yanaşı, 1918-ci il mart soyqırımı tarixini də bu muzeydə əks etdirmək məqsədəuyğun olardı. Belə ki, AMEA-nın yalnız Rəyasət Heyətinin yerləşdiyi bu bina öz tarixi funksiyasını bərpa edər, şəhərin mərkəzində yerləşməklə turistlərin diqqət mərkəzində olar, həm də istər Milli Azərbaycan Tarixi muzeyinin, istərsə də İstiqlaliyyət muzeyinin kiçik ərazi imkanları səbəbindən heç 10 faiz tarixi nümayiş etdirilməyən cümhuriyyət tarixi və 1918-ci il mart Bakı soyqırımı tarixinin ən geniş şəkildə nümayişinə imkan verərdi. Bu baxımdan, bu yaxınlarda bir qrup Azərbaycan ziyalısının Bakının Bayır şəhər adlanan tarixi məhəllələrində aparılan geniş söküntü işləri ilə bağlı narahatlığını ifadə edən məktubla ölkə başçısına müraciətini də xatırlatmaq istərdim. Bu məktubda tanınmış ziyalıların narahatlığı ilə bərabər, həmin ərazilərin istər Bakının tarixi-memarlıq, istərsə də 1918-ci il faciəli hadısələrinin baş verdiyi əsas məkan baxımından əhəmiyyəti nəzərə alınmaqla bu məhəllələrə "Bayır şəhər-tarixin yaddaşı" adlı qoruq statusu vermək və orada İçərişəhərdə olduğu kimi müəyyən abadlıq işləri aparmaqla onu da qoruq şəklində sakinlərin və turistlərin istifadəsinə təqdim etmək məqsədəuyğun olardı. Təəssüf ki, ziyalıların bu məktubuna Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən aldığımız cavab real məna yükü daşımadı, "qoruq" söhbətinin isə adı belə çəkilmədi. Bu baxımdan, tariximizi və müasir dövr nailiyyətlərimizi, xüsusilə Qarabağ müharibəsində möhtəşəm qələbəni, şəhər və kəndlərimizin istər tarixi, istər yeni salınan meydan, küçə, məhəllə və digər vasitələrin adlarında yaşatmaq kimi olduqca mühüm işlərdə hələ ki, tarixçilər, memarlar, ümumən ziyalılar və ictimai fəalların fikir və mövqeyi deyil, məmurların qərarlarının əsas rol oynadığını görürük və bu məqam acı təəssüf doğurur". Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc isə bildirib ki, "Konstitusiya və Suverenlik İli" çərçivəsində Azərbaycanda adsız zirvələrə, prospekt, küçə və meydanlara, müvafiq ərazi vahidlərinə və metro stansiyalarına yeni adların verilməsinin nəzərdə tutulması Vətən müharibəsində Qələbəmizin beşinci ildönümündən sonra da mühüm əhəmiyyət daşıyan mənəvi-siyasi məsələdir:
"Bütövlüyünü tam bərpa etmiş dövlət öz tarixi yaddaşını qorumağa, fərqli formasiyalardan qalan mirasa hüquqi qiymət verməyə, yer adları ilə bağlı düzgün meyarlar formalaşdırmağa, xüsusilə torpaqlarımız uğrunda həyatını qurban verən insanların qəhrəmanlığını əbədiləşdirməyə çalışır. Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında 2025-ci ilin ‘Konstitusiya və Suverenlik İli" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nda məsələnin ayrıca istiqamət kimi müəyyənləşdirilməsi də advermənin yerli və məhdud qrupların təşəbbüsü çərçivəsindən çıxarılıb ona milli və dövləti məna verilməsi məqsədindən irəli gəlir. Çünki bir küçənin və ya metro stansiyasının adının dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarının qərarı ola bilər. Lakin daha böyük vəzifə Azərbaycanın siyasi coğrafiyasında milli-tarixi yaddaşımızın öz yerini tutmasıdır". "Siyasi coğrafiya üzrə tanınmış alim Maoz Azaryahu xatirə xarakterli küçə adlarını müasir siyasi mədəniyyətin mühüm elementlərindən biri sayır, şəhərin məkan təşkilini təmin etməklə yanaşı, ortaq keçmiş haqqında təsəvvürlərin gündəlik həyata daxil edilməsində də iştirakını göstərir. Azaryahunun Almaniyanın birləşməsindən sonra Şərqi Berlində küçə adlarının dəyişdirilməsinə həsr etdiyi məşhur araşdırmada çox dəqiq bir fikir var: xatirə xarakterli küçə adları tarixin siyasi məzmununu müasir şəhərin siyasi coğrafiyası ilə birləşdirir. 1990-1994-cü illərdə kommunist keçmişlə bağlı bir sıra küçə adlarına yenidən baxılması qərarı verildi. Senat paytaxtın mərkəzi hissəsində küçə adlarına baxılması üçün müstəqil komissiya yaratdı. Müzakirələr hansı tarixi irsin yeni demokratik Almaniyanın paytaxtında əbədiləşdirilməli olması ətrafında gedirdi. Azərbaycan üçün əhəmiyyəti ondadır ki, ad dəyişiklikləri kampaniya xarakteri daşımamalı, tarixi ekspertiza predmeti olmalıdır. Yəni hansı ad əvvəlki siyasi sistemin açıq ideoloji mahiyyətini daşıyır? Polşa daha sərt və hüquqi cəhətdən sistemləşdirilmiş model seçib. 2016-cı ildə qəbul edilən qanun kommunizmi və digər totalitar sistemləri simvolizə və ya təbliğ edən şəxslərin, təşkilatların, hadisələrin və tarixlərin küçə, yol, körpü, meydan və digər ictimai obyektlərin adlarında əbədiləşdirilməsini qadağan etdi. Milli Yaddaş İnstitutu yerli hakimiyyət orqanlarının müraciətləri əsasında rəylər hazırlayırdı. Polşa təcrübəsində diqqəti çəkən əsas cəhət qərarların konkret meyarlara bağlanmasıdır", - komitə sədri vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanın tarixi təcrübəsi, dövlətçilik yolu və keçmişə münasibəti fərqlidir: "Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ötən əsrin 70-ci illərində aparılan sənayeləşmə tədbirləri, şəhərləşmə üçün genişmiqyaslı inşaat və quruculuq işləri, elmin, təhsilin, mədəniyyətin inkişafı, böyük alimlərin, bəstəkarların, yazıçıların, mühəndislərin və dövlət xadimlərinin fəaliyyəti də həmin dövrün içərisindədir. "Xalqlar dostluğu" ifadəsi sovet siyasi leksikonunda geniş istifadə edilsə də, xalqların dostluğu öz mahiyyətinə görə universal humanist dəyərdir. "Ulduz" sözünün də kommunist ideologiyasını təmsil edən siyasi şəxs və ya hadisə adı olduğunu söyləmək çətindir. Digər tərəfdən, inkar oluna bilməz ki, sözügedən adların verilməsi məhz ideoloji kanonlardan irəli gəlirdi. Ona görə də istər ölkəmizdə, istərsə də bir sıra postsovet dövlətlərində totalitar rejimlərin simvollarının ictimai məkandan çıxarılmasına da hörmətlə yanaşılmalıdır. Çünki xalqların keçdiyi yol və tarix fərqli olduğu kimi, hər biri eyni siyasəti də apara bilməz. Dekommunizasiya və imperiya irsindən uzaqlaşma Ukraynanın, Baltikyanı dövlətlərin, Şərqi Avropa və bir sıra keçmiş sosialist ölkələrinin qərarı olduğu üçün hər biri keçmişə münasibətin və geosiyasi seçimlərin ifadəsidir". "Prezident fərmanının vaxtında və milli prinsiplərlə həyata keçirilməsi, kimin və hansı hadisənin dövlət həyatında xüsusi şəkildə əbədiləşdirilməyə layiq olduğunu müəyyənləşdirmək deməkdir. Ölkəmizin zəngin tarixi coğrafiyası var. Xüsusilə işğaldan azad edilmiş ərazilərimizdə tarixi toponimlərin bərpası məsələsi göstərdi ki, ad üzərində mübarizə bəzən ərazinin özü uğrunda tarixi iddianın bir hissəsinə çevrilir. İşğal dövründə Azərbaycan şəhər, kənd və digər coğrafi obyektlərinin adlarının dəyişdirilməsi təsadüfi deyildi. Məqsədlərdən biri həmin ərazilərdə başqa tarixi miras, izlər və kimlik yaratmaq idi. Dövlət suverenliyimizin bütövlüyünü bərpa edən Xankəndi Zəfəri torpağımızla bərabər, keçmişimizi, kimliyimizi, adlarımızı da geri qaytardı. Yeni şəxsiyyətin adı veriləndə yeni yaddaş yaradılır, tarixi toponim qaytarılanda isə qırılmış yaddaş bərpa olunur. Məsələnin ən mühüm mənəvi tərəflərindən biri Vətən müharibəsində həyatını qurban verən insanların xatirəsinin əbədiləşdirilməsidir. Dövlətimiz indiyədək yüzlərlə şəhidimizin adını küçələrə, məktəblərə və müxtəlif obyektlərə verib. Milli qəhrəmanlarımızın, Vətən Müharibəsi qəhrəmanlarının, orden və medallarla təltif edilən hərbçilərin xatirəsinin yaşadılması istiqamətində böyük işlər görülüb və aparılan siyasət gələcək nəsillərin vətənpərvərlik tərbiyəsinin mühüm vasitəsidir. Şəhidin adının küçəyə, meydana, məktəbə və ya başqa ictimai obyektə verilməsinin mənası onun qəhrəmanlığına və qazanılan Qələbəyə göstərilən ehtiramdan irəli gəlir. Azərbaycanda keçmiş dövrlərdən qalan yüzlərlə adın hər biri ətrafında illərlə ayrı-ayrılıqda mübahisə aparmağa ehtiyac yoxdur", - Z.Oruc deyib. Parlamentari hesab edir ki, hökumət vahid qərarla ölkə üzrə adlara dair inventarlaşdırma prosesini başlada bilər: "Müvafiq qurumlar prospekt, küçə, meydan, park, metro stansiyası, yaşayış məntəqəsi və digər dövlət əhəmiyyətli coğrafi obyektlərin mövcud adlarını vahid bazada toplayaraq onların tarixi mənşəyini araşdıraraq, ali rəhbərlik üçün müvafiq arayış sənədləri və təkliflər toplusu hazırlaya bilər. Belə inventarlaşdırmadan sonra adlar müxtəlif kateqoriyalara ayrıla bilər: tarixi adlar; neytral və artıq şəhər yaddaşına çevrilmiş adlar; açıq ideoloji xarakterli adlar; müstəqil Azərbaycan dövlətçiliyinə aid adlar; dəyişdirilməsi və ya tarixi formasının bərpası məqsədəuyğun hesab edilən adlar. Tarixçilərin, dilçilərin, toponimika mütəxəssislərinin, dövlətçilik tarixi üzrə alimlərin və müvafiq dövlət qurumlarının iştirak etdiyi peşəkar mexanizm yaradıla bilər. Azərbaycan dövlətçiliyinin mahiyyəti ilə açıq şəkildə uzlaşmayan adların inventarlaşdırılması, qərarların ekspertizası, aydın əsaslandırma və zəruri hallarda ictimai müzakirə ilə qəbul olunması birlikdə həllini tələb edən mühüm milli məsələlərdir. Küçə və ərazilərin, metro stansiyalarının adlarının dəyişdirilməsi ünvan sistemlərinə, dövlət reyestrlərinə, xəritələrə, poçt xidmətlərinə, daşınmaz əmlak məlumatlarına, elektron informasiya sistemlərinə, naviqasiya platformalarına və digər məlumat bazalarına təsir edir". MM üzvü sonda onu da əlavə edib ki, Prezident İlham Əliyev və Mehriban Əliyeva təkcə son altı ildə Zəfər parklarının, meydan və guşələrin, memorial komplekslərin yaradılması üçün misilsiz işlər görüblər, bilavasitə açılış mərasimlərində iştirak edərək millətimizin tarixi yaddaş yerləri siyasətini layiqincə formalaşdırıblar: "Əslində, Şuşanın azad edilməsindən sonra Prezident İlham Əliyevin həyata keçirdiyi mədəni-tarixi bərpa siyasəti adların və milli yaddaşın əbədiləşdirilməsinin ən parlaq nümunələrindən biridir. Molla Pənah Vaqifin məqbərəsinin və Bülbülün ev-muzeyinin bərpası, Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal illərində güllələnmiş, ulu öndər Heydər Əliyevin müdaxiləsi ilə məhv edilməkdən xilas olunmuş heykəllərinin Qələbədən sonra yenidən Şuşaya, öz tarixi yerlərinə qaytarılması milli mədəniyyətimizin öz ünvanına qayıdışı və tarixi varisliyin bərpasıdır. Prezident İlham Əliyevin 9 may 2023-cü ildə Şuşada Mustafa Kamal Atatürkün adını daşıyan küçənin lövhəsini açması türkün dünya liderinə ehtiram və Azərbaycan-Türkiyə qardaşlığının tarixi yaddaşda ifadəsi olmaqla yanaşı, gələcəkdə Türk Dövlətləri Təşkilatı məkanının ortaq tarixi şəxsiyyətlərinin, dövlətçilik və mədəniyyət xadimlərinin adlarının qarşılıqlı şəkildə yaşadılması üçün də nümunə sayıla bilər. Eyni yanaşma Vətən müharibəsinin coğrafiyasına da şamil oluna bilər: Murovdağdan Zəngilan yüksəkliklərinə qədər azadlıq uğrunda döyüşlərin getdiyi zirvələrə, yollara və digər coğrafi məkanlara qəhrəmanlıq göstərmiş şəhid və hərbçilərimizin adlarının verilməsi Qələbənin hərbi tarixini əbədiləşdirər". Deputatı Hikmət Babaoğlu Oxu.Az-a açıqlamasında bildirib ki, "2025-ci il Azərbaycan Prezidenti tərəfindən ölkəmizdə Konstitusiya ili elan edilmişdi və təsdiq olunan tədbirlər planında əksini tapan bir çox məsələlər həllini tapdı:
"Ancaq bəzi məsələlər var ki, onlar daimi xarakter daşıyır. Bunlardan biri də küçə, yol, metro stansiyaları, meydançalar və digər ümumi, ictimai diqqət mərkəzində olan adların məhz konstitusiyamıza, suverenliyimizə uyğunlaşdırılması məsələsidir ki, bu proses daima, həyata keçirilməlidir. Çünki ümumi, ictimai leksikonda gündəlik təkrar olunan adlar bizə nəyisə xatırlatmalıdır, ictimai yaddaşa müəyyən mesaj verməlidir. Bu, milli həmrəylik mesajı olmalıdır, tarixi şüur, əldə etdiyimiz tarixi zəfəri özündə əks etdirən mesajlar olmalıdır ki, bizdən xəbərsiz ictimai leksikonumuzu və ortaq yaddaşımızı doğru əsaslarda təyin etmiş olsun və milli kimliyimizin bariz ifadəsinə çevrilsin". "Buna görə əlbəttə ki, bu cür hallardan biri də metro stansiyalarının adlarıdır. Mən düşünürəm ki, əgər biz metro stansiyalarımızdan birini "Koroğlu" adlandırmışıqsa, bu, çox yaxşıdır. "Koroğlu" dastanı Azərbaycanın və türk xalqlarının ortaq mirasıdır. Eyni zamanda, "Ulduz" və "Xalqlar dostluğu" metro stansiyalarının adlarını dəyişmək mümkündür. Məsələn, Bakıda "Xankəndi" metro stansiyası və Xankəndidə Bakı prospekti niyə də olmasın? Necə ki, Bakıda Gəncə prospekti və Naxçıvan küçəsi var. "Ulduz" stansiyasının adı beşulduzlu sovet bayrağından assosiasiya olunub. Bizim bayrağımızdakı ulduz isə səkkizguşəlidir. Səkkizguşəli ulduz həm də Oğuz xanın dünyaya hökmranlığını simvolizə edilir. Biz əgər 4 cəhət və 4 yarım cəhət şəklində bir həndəsi fiqur çəkməyə çalışsaq və onun uclarını oxla birləşdirsək, bu olacaq Oğuz xanın ulduzu. Buna görə də, məsələn, "Ulduz" metrosunun adı səkkizguşəli ulduz simvolu ilə "Oğuz xan" metrosu adlandırılsa, yaxşı olar. Bu da ortaq tariximizə, Oğuz boylarına bir mesajımız olar ki, həm də Azərbaycan Prezidentinin qeyd etdiyi "Bizim ailəmiz türk dünyasıdır, başqa ailəmiz yoxdur" çağırışının adlar şəklində təsdiqi və simvolu ola bilər. Düşünürəm ki, bu məsələ çox aktualdır və öz həllini tapmalıdır", - deputat vurğulayıb.

Mənbə
oxu.az