Mədəniyyət

Laçında şəhər günü ilə əlaqədar silsilə tədbirlər keçirilir - FOTO

26 Aug 2026, 11:23 6 baxış
Laçında şəhər günü ilə əlaqədar silsilə tədbirlər keçirilir - FOTO
Bu gün 26 avqust - Laçın Şəhəri Günüdür. Oxu.Az-ın məlumatına görə, bu münasibətlə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə şəhərdə silsilə tədbirlər keçirilir. Laçın Şəhəri Günü çərçivəsində ilk olaraq "Arts Council Azerbaijan" incəsənət platforması tərəfindən "İkinci həyat" adlı sərgi açılıb. Sərginin əsas konsepsiyası köhnə, zədələnmiş və istifadəyə yararsız xalçaların, xüsusilə də Qarabağ xalçalarının rəngkarlıq vasitəsilə yeni sənət əsərlərinə çevrilməsi təşəbbüsündən ibarətdir. Peşəkar rəssamlar tərəfindən xalçalar üzərində yaradılan bu əsərlər toxuculuq sənətini müasir bədii baxışla özündə birləşdirir. Yaradılan sənət nümunələri Qarabağ, folklor, musiqi, analıq, eləcə də miqrasiya kimi mövzuları əhatə edir. Layihənin əsas hədəfləri mədəni irsimizin canlandırılması, Azərbaycan təsviri sənətinin təbliği və ictimaiyyətdə ekoloji məlumatlılığın artırılmasıdır. Sərgi xalçaların təkrar istifadəsinin təşviqi ilə yanaşı, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin müvafiq istiqamətlərinə ("Dayanıqlı şəhərlər və icmalar", "Məsuliyyətli istehlak və istehsal", "İqlim üzrə fəaliyyət" istiqamətləri) də xidmət edir. Nümayiş olunan əsərlər ziyarətçilər tərəfindən maraqla qarşılanıb.
{{gallery}}
Laçında şəhər günü ilə əlaqədar silsilə tədbirlər keçirilir - FOTO Laçında şəhər günü ilə əlaqədar silsilə tədbirlər keçirilir - FOTO Laçında şəhər günü ilə əlaqədar silsilə tədbirlər keçirilir - FOTO Laçında şəhər günü ilə əlaqədar silsilə tədbirlər keçirilir - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər