Cəmiyyət

Metroda sərnişin axını KƏSKİN AZALIB: Rəqəmlər nə deyir? - FOTO

26 Aug 2026, 16:52 3 baxış
Metroda sərnişin axını KƏSKİN AZALIB: Rəqəmlər nə deyir? - FOTO
Avqustun 15-dən etibarən Bakı metropoliteninin "yaşıl" və "qırmızı" xətlərinin ayrılması ilə bağlı işlərə başlanılıb. Bu məqsədlə "Nizami" və "28 May" stansiyaları arasında qatarların gediş-gəlişi dayandırılıb. Oxu.Az xəbər verir ki, sözügedən dəyişiklik metrodan istifadə edən sərnişinlərin gündəlik sayına da təsirsiz ötüşməyib. Belə ki, prosesə start verildikdən sonra, hətta günün pik saatlarında belə, xüsusən də "Nizami" - "Dərnəgül" stansiyaları istiqamətində sərnişin sıxlığının əvvəlki dövrlə müqayisədə nəzərəçarpacaq dərəcədə azaldığı müşahidə olunur. Apardığımız müşahidələrdən ortaya belə bir sual çıxır: "Nizami" - "28 May" stansiyaları istiqamətində hərəkətin dayandırılmasından sonra metroda sərnişindaşımalarının həcmi nə qədər dəyişib? Ötən müddət ərzində sərnişin sayında hansı dinamika qeydə alınıb? Oxu.Az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən bildirilib ki, təkcə "yaşıl" xəttin "Dərnəgül" - "Nizami" sahəsində 49 faiz azalma müşahidə olunub. "Xətlərin ayrılması layihəsinin sərnişindaşımaya təsirinin qiymətləndirilməsi məqsədilə müvafiq statistik məlumatların müqayisəli təhlili aparılır. Təhlil zamanı sərnişin axınının dinamikası, o cümlədən pik və qeyri-pik saatlar üzrə göstəricilər, həmçinin sərnişindaşımaya təsir göstərə biləcək digər amillər nəzərə alınır. Mövcud məlumatlar əsasında 2026-cı ilin 1-9 avqust tarixləri ilə xətlərin ayrılmasına başlanıldıqdan sonrakı 15-23 avqust 2026-cı il tarixlərinin müqayisəsinə əsasən, "qırmızı" xəttin "28 May" - "Əhmədli" sahəsində sərnişin gedişlərinin sayında 14.9 faiz, "yaşıl" xəttin "Dərnəgül" - "Nizami" sahəsində isə 49 faiz azalma müşahidə olunub", - deyə məlumatda vurğulanır.
Məlumatda o da qeyd olunub ki, qeyd olunan göstəricilər yalnız müqayisə edilən dövrlər üzrə müşahidə olunan dəyişməni əks etdirir və bu azalma yalnız xətlərin ayrılması ilə əlaqələndirilməməlidir. "Sərnişindaşımada mövsümi amillər əsas rol oynayır. Xüsusilə iyul-avqust aylarında Bakı metropolitenində sərnişin axınının əvvəlki aylara nisbətən azalan tendensiya ilə davam etməsi hər il müşahidə olunan mövsümi tendensiyadır. Obyektiv müqayisəli təhlilə görə qeyd edilməlidir ki, 2025-ci ildə metropoliten üzrə orta aylıq sərnişin gedişlərinin sayı 18.36 milyon təşkil edib. Avqust ayında bu göstəricidən təxminən 21 faiz aşağı nəticə qeydə alınıb. Bu isə xətlərin ayrılması layihəsinin təsiri də nəzərə alınmaqla hazırı dövrdə maksimal müşahidə olunan azalma hesab edilə bilər. Bununla belə, Bakı metropoliteninin sərnişindaşıma proqnozları və müvafiq fəaliyyət planları hazırlanarkən xətlərin ayrılması layihəsinin icrası ilə əlaqədar sərnişin axınında baş verə biləcək dəyişikliklər də nəzərə alınıb", - deyə məlumatda bildirilib.
Metroda sərnişin axını KƏSKİN AZALIB: Rəqəmlər nə deyir? - FOTO Metroda sərnişin axını KƏSKİN AZALIB: Rəqəmlər nə deyir? - FOTO Metroda sərnişin axını KƏSKİN AZALIB: Rəqəmlər nə deyir? - FOTO Metroda sərnişin axını KƏSKİN AZALIB: Rəqəmlər nə deyir? - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər