Cəmiyyət
Laçında "Şəngülüm, Şüngülüm, Məngülüm" nağıl-tamaşası nümayiş etdirilib - FOTO
Füzuli Dövlət Dram Teatrının kollektivi tərəfindən Laçında Azərbaycan xalq nağılı əsasında "Şəngülüm, Şüngülüm, Məngülüm" nağıl-tamaşası nümayiş etdirilib. Oxu.Az-ın Laçına ezam olunan müxbirinin məlumatına görə, tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, səhnələşdirəni Şəlalə Kərimova, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Vüqar İsmayılov, rejissor assistenti isə Gülgəz Soltanovadır. Əsərin əsas ideyası uşaqlara böyüklərin sözünə qulaq asmağın, ehtiyatlı və düşüncəli davranmağın vacibliyini aşılamaqdır. Nağılın süjeti vasitəsilə uşaqlara izah olunur ki, düşünülməmiş addımlar və yad insanlara inam bəzən təhlükəli nəticələrə gətirib çıxara bilər. Bu baxımdan tamaşa uşaqlarda məsuliyyət hissini gücləndirir və onları daha diqqətli olmağa çağırır. Bundan əlavə, tamaşa uşaqlarda birlik və həmrəylik kimi dəyərlərin formalaşmasına da müsbət təsir göstərir. Tamaşa həmçinin xeyirlə şərin mübarizəsi ideyasını uşaqlara sadə və anlaşıqlı formada çatdırır, yaxşılığın sonda qalib gəldiyini göstərir.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az