Siyasət
Erməni revanşistlərin gələcəyi sual altında: "Cinayətkarlar əməllərinin cəzasını çəkməlidirlər"
"Robert Koçaryan, Serj Sarqsyan və digərləri 1987-ci ildə yenidən başladılan Qarabağ münaqişəsinin və az sonra alovlanan Qarabağ müharibəsinin birbaşa iştirakçıları, rəhbərləri olublar. Onların hamısının üzərində hər iki xalqın - ermənilərin və azərbaycanlıların son 39 ildə düçar olduqları bütün məhrumiyyətlərin, min bir əzab-əziyyətin, deportasiya və soyqırımlarının, ölüm və itkilərin məsuliyyəti var". Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının (QAİ) sədri Əziz Ələkbərli deyib. O bildirib ki, heç bir cinayət cəzasız qalmadığı kimi, bu cinayətkarlar da etdikləri əməllərin mütləq cəzasını çəkməlidirlər:
"Əks təqdirdə, bu cinayətlər tarix boyu Ermənistan dövlətinin və erməni xalqının üzərində qalacaq. Amma mən inanıram ki, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması siyasəti Koçaryan və Sarqsyan kimi canilərin haqq divanı qarşısında dayanmasını da təmin edəcək. Bu təkcə Azərbaycan xalqının tələbi deyil, həm də erməni xalqının tələbidir". "O ki qaldı onların revanşizmi tətikləməyə davam etməsi və sülhə mane olmaq imkanları məsələsinə, bir şeyi qəti bilmək lazımdır ki, "Qarabağ" klanının heç bir nümayəndəsinin, o cümlədən Koçaryan və Sarqsyan kimilərin Ermənistanda yenidən hakimiyyətə gəlməsi qeyri-mümkündür. Paşinyan bu gün Ermənistanda həm də ona görə erməni xalqının dəstəyini alır ki, o, Ermənistan ermənisidir. Ermənistanın erməni əhalisi onları yüz il ərzində Qarabağ problemi ilə yaşamağa məhkum edən klana nifrət edir. Başqa sözlə, Ermənistanda revanşizmin perspektivi yoxdur. Soruşa bilərsiniz ki, bəs Rusiya? Onun da cavabı aydındır. Rusiya özü Ermənistanda qalmaq niyyətində deyil və qalmayacaq. Vaxtaşırı müşahidə etdiyimiz Rusiya-Ermənistan gərginliyi sadəcə görüntüdür", - deyə icma sədri vurğulayıb.

Mənbə
oxu.az