İdman

Vaqif Cavadov "Tvente"nin düşərgəsinə baş çəkib

26 Aug 2026, 16:44 3 baxış
Vaqif Cavadov "Tvente"nin düşərgəsinə baş çəkib
Azərbaycan millisinin U-20 komandasının baş məşqçisi Vaqif Cavadov Niderlandın "Tvente" klubunun Bakıdakı düşərgəsinə baş çəkib. Oxu.Az xəbər verir ki, 37 yaşlı mütəxəssis "Tvente"də çıxış etdiyi dövrün ardından klubla əlaqələrini qoruduğunu bildirib. 2010-cu ilin əvvəlində "Qarabağ"dan "Tvente"yə transfer olunan Cavadov Niderland təmsilçisində keçirdiyi dövrlə bağlı xoş xatirələrinin olduğunu qeyd edib. "Mən həmişə "Tvente" ilə əlaqə saxlamışam. Bu ilin əvvəlində də akademiyaya baş çəkməyə getmişdim", - deyə Cavadov bildirib. Qeyd edək ki, V.Cavadov 2010/2011 mövsümündə "Tvente"nin formasını geyinib. Xatırladaq ki, Niderlandda baş tutan ilk görüşdə "Qarabağ" rəqibini 1:0 hesabı ilə məğlub edib. Cavab matçı avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər