Siyasət
Daşkənddə İslam irsinin təbliği üçün yeni media yanaşmaları müzakirə edilib - FOTO
Özbəkistanın paytaxtı Daşkənddə "İslam sivilizasiyası: yeni baxış - yeni kəşflər" adlı beynəlxalq media forumu çərçivəsində "Böyük tarixi şəxsiyyətlər: İslam irsinin təbliği üçün yeni media formatları" adlı plenar sessiya keçirilib. Oxu.Az "Report"a istinadən xəbər verir ki, sessiya iştirakçıları tarixi və mədəni irsin təbliği üçün müasir media formatları, rəqəmsal texnologiyalar və süni intellektin istifadəsini müzakirə ediblər. "TRT Avaz" (Türkiyə) telekanalının rəhbəri Yücel Kılıçkaya telekanalın forum iştirakçıları ilə əməkdaşlığa hazır olduğunu bildirib və İslam sivilizasiyası məsələlərində beynəlxalq dialoqun vacibliyini vurğulayıb. "Mega Basim" (Türkiyə) nəşriyyat evinin İdarə Heyətinin sədri Hasanbey Kondu qeyd edib ki, texnologiyaların və süni intellektin sürətli inkişafına baxmayaraq, kitab oxumaq öz əhəmiyyətini itirməyəcək. Onun sözlərinə görə, bilik və təhsil həm də dezinformasiya və manipulyasiyalarla mübarizə üçün zəruridir.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az
Oxşar Xəbərlər