Digər

Hörmüzdə bütün minalar məhv edilib - Tramp

25 Aug 2026, 20:34 2 baxış
Hörmüzdə bütün minalar məhv edilib - Tramp

ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının beynəlxalq sularında bütün minaların çıxarıldığını və ya partladıldığını bildirib.


Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb.


O bildirib ki, yeni mina yerləşdirən hər hansı bir gəminin və ya qayığın dərhal və sistematik şəkildə məhv ediləcəyi barədə İrana məlumat verilib.


“Kosmik Qüvvələr vasitəsilə biz boğazın hər kvadratsantimetrini, eləcə də Pikaks dağını və artıq məhv edilmiş üç digər nüvə obyektini izləyirik. Minaların yerləşdirilməsi ilə bağlı sıfır dözümlülük siyasəti mövcuddur”, - deyə Tramp əlavə edib.

Mənbə axar.az

Oxşar Xəbərlər