Dünya

Yaponiyada isti hava beş mindən çox insanı xəstəxanalıq etdi

25 Aug 2026, 20:36 3 baxış
Yaponiyada isti hava beş mindən çox insanı xəstəxanalıq etdi
Ötən həftə ərzində Yaponiyada 5 mindən çox şəxs günvurma səbəbindən xəstəxanalara yerləşdirilib. Oxu.Az xəbər verir ki, bu barədə ölkənin İnzibati İşlər və Rabitə Nazirliyi yayıb. Açıqlanan rəqəmlərə əsasən, avqustun 17-dən 23-dək olan müddətdə 5 122 nəfər hospitallaşdırılıb, 5 nəfər isə həyatını itirib. Yaponiyada ən isti hava şəraiti adətən iyul və avqust aylarında müşahidə olunur. Son həftələrdə bəzi bölgələrdə havanın temperaturu 40 dərəcədən yuxarı qalxıb. Hər il gündoğan ölkədə günvurma onminlərlə insanın xəstəxanaya düşməsinə və yüzlərlə insanın ölümünə səbəb olur.
Mənbə oxu.az

Oxşar Xəbərlər