İdman

"Yuventus"un qapıçısı İngiltərə Premyer Liqasına keçdi - FOTO

25 Aug 2026, 20:48 2 baxış
"Yuventus"un qapıçısı İngiltərə Premyer Liqasına keçdi - FOTO
"Yuventus"un qapıçısı Mikele Di Qreqorio karyerasını İngiltərənin "Bornmut" klubunda davam etdirəcək. Oxu.Az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, tərəflər arasında imzalanan icarə müqaviləsi 2026/27 mövsümünün sonunadək qüvvədə olacaq. Sövdələşmənin şərtlərinə əsasən, "Bornmut" gələcəkdə 12.7 milyon avro və əlavə 1.5 milyon avro bonus ödəməklə qapıçının transfer hüquqlarına tam sahib ola bilər. Xatırladaq ki, "Yuventus" ötən il Di Qreqorionu "Monza"dan 14.3 milyon avroya transfer etmiş, ondan bir il əvvəl isə icarə əsasında çıxış etməsi üçün 4.5 milyon avro ödəmişdi. İtalyan qolkiper geridə qalan mövsüm ərzində çıxış etdiyi bütün turnirlərdə 37 dəfə yaşıl meydana ayaq basıb. Bu görüşlərdə qapısında 36 top görən qapıçı, 17 matçda çərçivəni toxunulmaz saxlamaqla yadda qalıb.
{{gallery}}
"Yuventus"un qapıçısı İngiltərə Premyer Liqasına keçdi - FOTO "Yuventus"un qapıçısı İngiltərə Premyer Liqasına keçdi - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər