Cəmiyyət

Ağsuda asfalt örtüyündə dərin çatlar və çökmələr əmələ gəlib - VİDEO

25 Aug 2026, 21:00 1 baxış
Ağsuda asfalt örtüyündə dərin çatlar və çökmələr əmələ gəlib - VİDEO
Ağsu aşırımında baş verən sürüşmə avtomobil yoluna da təsirsiz ötüşməyib. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsində, yolun 147 və 149-cu kilometrində baş verən sürüşmə asfalt örtüyünün dağılmasına, iri çatların və yarğanların yaranmasına səbəb olub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarətində olan yolun bu hissəsində təmir-bərpa işləri aparılsa da, təkrar sürüşmə yolun dağılmasına səbəb olub. Hazırda sürüşmə səbəbindən yolun təxminən 15 metrlik hissəsinin bir zolağı sürücülərin hərəkəti üçün bağlanıb və ərazi lentlənib. Bakıdan Ağsu istiqamətində, həmçinin Ağsudan Şamaxı və Bakı istiqamətində hərəkət edən sürücülər digər zolaqdan istifadə edirlər. Ümumilikdə sürüşməyə meyilli ərazidə proses davam edir və sürüşmənin hər gün böyüdüyü bildirilir. Yolun bir neçə nöqtəsində də çatlar müşahidə olunur.
Mənbə oxu.az

Oxşar Xəbərlər