Mədəniyyət
Əməkdar artist Vəfa Fətullayevanın doğum günüdür - FOTO
Bu gün Azərbaycan teatr və kino sənətinin tanınmış nümayəndəsi, Əməkdar artist Vəfa Fətullayevanın doğum günüdür. Oxu.Az xatırladır ki, Vəfa Nüsrət qızı Fətullayeva 1945-ci il avqustun 25-də Bakıda, görkəmli teatr xadimləri Hökumə Qurbanova və Nüsrət Fətullayevin ailəsində dünyaya gəlib.
O, 1964-cü ildə Bakıda 1 saylı orta məktəbi bitirib. 1966-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) rejissorluq fakültəsinə daxil olub. Təhsilinin ikinci kursunda ixtisasını dəyişərək teatrşünaslıq fakültəsinə keçib və 1971-ci ildə teatrşünas diplomu alıb. Vəfa Fətullayevanın səhnə fəaliyyəti hələ uşaqlıq illərindən başlayıb. O, ilk dəfə 1955-ci ildə Uilyam Şekspirin "Qış nağılı" dramının tamaşasında "Mamili" oğlan rolunu ifa edib. 1969-cu ildə, teatrşünaslıq fakültəsinin dördüncü kursunda təhsil aldığı dövrdə rejissor Tofiq Kazımovun dəvəti ilə Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" tamaşasında baş qəhrəman "Fəridə" obrazını canlandırıb. Bu rol onun peşəkar səhnə fəaliyyətində mühüm mərhələ olub.
1970-ci ildən Akademik Milli Dram Teatrının ştatına aktrisa kimi qəbul edilən Vəfa Fətullayeva müxtəlif tamaşalarda yaratdığı yaddaqalan obrazlarla teatr tarixində iz qoyub. Hüseyn Cavidin "İblis" faciəsinin tamaşasında canlandırdığı "Rəna" obrazına görə 1984-cü ildə Azərbaycan Dövlət mükafatına layiq görülüb. Sənətkar 1982-ci ildə "Əməkdar artist" fəxri adı ilə təltif edilib. Aktrisa teatr səhnəsi ilə yanaşı, televiziya və kinoda da fəaliyyət göstərib. O, İlyas Əfəndiyevin "Atayevlər ailəsi" televiziya tamaşasında "Lətafət", İslam Səfərlinin "Göz həkimi" əsərinin televiziya tamaşasında isə "İradə" obrazlarını yaradıb. Vəfa Fətullayeva "Azərbaycanfilm" kinostudiyasında istehsal olunan "Firəngiz" bədii filmində də baş qəhrəman "Firəngiz" roluna çəkilib. Sənətkar 1987-ci il mayın 21-də Bakıda vəfat edib. Qısa ömür sürməsinə baxmayaraq, Vəfa Fətullayeva Azərbaycan teatr və kino sənətində özünəməxsus iz qoyub və yaratdığı obrazlarla sənətsevərlərin yaddaşında yaşamaqda davam edir.

Mənbə
oxu.az