Mədəniyyət

Ağır qəzaya düşən Xalq artisti Şükufə Yusupovadan XƏBƏR VAR

24 Aug 2026, 10:52 2 baxış
Ağır qəzaya düşən Xalq artisti Şükufə Yusupovadan XƏBƏR VAR
Xalq artisti Şükufə Yusupovanın müalicəsi palata şəraitində davam etdirilir. Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib. Bildirilib ki, avqustun 21-də Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1954-cü il təvəllüdlü Xalq artistinin müalicəsi hazırda palata şəraitində davam etdirilir. "Onun vəziyyəti hazırda stabil qiymətləndirilir", - deyə məlumatda vurğulanır. Xatırladaq ki, avqustun 21-də Ş.Yusupova evdən çıxarkən onu piyada zolağının üstündə maşın vurub.
Mənbə oxu.az

Oxşar Xəbərlər