Dünya
Vaşinqtondan Tehrana təklif: Hörmüz boğazı açılarsa, sanksiyalar götürülə bilər
Amerika Birləşmiş Ştatları vasitəçilərin köməyi ilə Hörmüz boğazının gəmilər üçün açılması və regiondakı proksi-qüvvələrin hücumlarının dayandırılması müqabilində İrana qarşı tətbiq edilən sanksiyaların ləğvini, eləcə də iqtisadi blokadanın aradan qaldırılmasını təklif edib. Oxu.Az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, ABŞ-nin bu mesajını İran tərəfinə İslam Respublikasına səfəri zamanı Pakistan ordusunun baş komandanı Asim Munir çatdırıb. O, eyni zamanda, Tehranı qarşılıqlı anlaşma memorandumu ilə bağlı fəaliyyətləri bərpa etməyə çağırıb və İslamabadın mövcud münaqişədə neytral qaldığını xüsusi vurğulayıb.
Mənbə
oxu.az