Dünya

Türkiyədə sərnişin avtobusu ilə yanacaq daşıyan maşın toqquşdu: Xeyli yaralı var - VİDEO

25 Aug 2026, 10:12 3 baxış
Türkiyədə sərnişin avtobusu ilə yanacaq daşıyan maşın toqquşdu: Xeyli yaralı var - VİDEO
Türkiyənin Kayseri bölgəsinin Melikqazi rayonunda sərnişin avtobusu ilə yanacaq daşıyan maşının toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində 2-si ağır olmaqla ümumilikdə 35 nəfər yaralanıb. Oxu.Az xəbər verir ki, bu barədə "Demirören" agentliyi məlumat yayıb.

Məlumata görə, güclü zərbənin təsirindən hər iki nəqliyyat vasitəsi aşıb. Yanacaq avtomobilindəki benzin yola dağıldığı üçün aidiyyəti qurumlar yolu nəqliyyatın hərəkəti üçün bağlayaraq təhlükəsizlik tədbirləri görüblər. Yola axan yanacağın təmizlənməsi istiqamətində müvafiq işlər həyata keçirilib. Yaralılar yaxınlıqdakı müxtəlif xəstəxanalara yerləşdiriliblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər