Dünya
ABŞ və Kanada arasında ticarət danışıqları nəticəsiz qaldı
ABŞ və Kanada diplomatları arasında mümkün ticarət razılaşması üzrə bir neçə gün davam edən müzakirələr nəticəsiz qalıb. Yekun olaraq, tərəflər arasında müqavilə imzalamaq mümkün olmayıb. Oxu.Az "Bloomberg" agentliyinə istinadla xəbər verir ki, ABŞ-nin ticarət naziri Hovard Latnik razılaşmanın əldə olunmasına mane olub. Qeyd olunur ki, dialoq son anda dayandırılıb. Mənbələrin məlumatına görə, Hovard Latnik Vaşinqtonun Ottavaya təklifini "həddindən artıq səxavətli" hesab edib. O, Kanadaya qarşı daha sərt tədbirlərin tətbiq edilməsinin tərəfdarlarından biri kimi çıxış edib. Nəşr vurğulayır ki, danışıqlar Latnikin təzyiqi səbəbindən boşa çıxdı. ABŞ Prezidenti Donald Tramp da Ottava barədə kəskin fikirlər səsləndirib. O, Kanada rəhbərliyini tənqid edərək yerli siyasətçiləri "klounlar" adlandırıb. Buna səbəb kimi qonşu ölkənin ABŞ hesabına "varlanmaq" iddiaları göstərilib. Donald Trampın sözlərinə görə, Ottava Vaşinqton olmadan heç "ayaqda belə qala bilməz".
Mənbə
oxu.az