Digər

Paşinyan Rusiyaya yeni səfir göndərir

25 Aug 2026, 11:40 1 baxış
Paşinyan Rusiyaya yeni səfir göndərir

Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan İrəvanın Rusiyadakı yeni səfiri təyin olunacaq.


Axar.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti mənbələrinə istinadən məlumat yayıb.


“Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Qurgen Arsenyanı vəzifəsindən geri çağırılması barədə qərar qəbul edib. Onun yerinə bir neçə namizəd nəzərdən keçirilsə də, xarici işlər naziri Ararat Mirzoyan Safaryanın Rusiyaya göndərilməsinin tərəfdarıdır”, - məlumatda qeyd olunub.


Məlumata görə, Safaryan Rusiya xarici işlər naziri Sergey Lavrov, eləcə də Kremlin siyasi və diplomatik dairələri ilə yaxşı əlaqələrə malikdir.


Qeyd edək ki, bir neçə gün öncə Ermənistan mətbuatı Baş nazir Nikol Paşinyanın Rusiyadakı səfiri Qurgen Arsenyanı geri çağırmaq qərarına gəldiyi barədə məlumat yaymışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər