Digər
Oman sahillərində gəmi vuruldu
Omanın Əş-Şişah şəhərindən 9 dəniz mili şimal-şərqdə neft tankerinə hücum edilib.
Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.
Məlumata görə, zərbə nəticəsində gəminin mühərrik hissəsi zədələnib.
Hazırda heyət üzvləri təhlükəsiz vəziyyətdədir. Ətraf mühitə isə zərər dəyməyib.
Gəminin adı və digər detallar açıqlanmayıb.
Mənbə
axar.az