Dünya

Hər gün banan yemək təhlükəlidir? - Mütəxəssisdən CAVAB

25 Aug 2026, 07:00 3 baxış
Hər gün banan yemək təhlükəlidir? - Mütəxəssisdən CAVAB
Bəzi insanlar bananı həddindən artıq yeməkdən çəkinməlidirlər. Oxu.Az xəbər verir ki, diyetoloq Malina Malkani bu barədə "Parade" nəşrinə müsahibəsində danışıb. O, hansı insanların banan qəbul edərkən daha diqqətli olmalarının vacibliyini açıqlayıb. Malina Malkaninin sözlərinə görə, terminal mərhələdə böyrək çatışmazlığı olan insanlar bananı həddindən artıq yeməməlidirlər. Bunun əsas səbəbi meyvənin tərkibində yüksək miqdarda kaliumun olmasıdır. Diyabeti olan insanlar da banan qəbul edərkən ehtiyatlı olmalıdırlar. Çünki bananın tərkibində təbii şəkərlər mövcuddur və onun miqdarı bananın yetişmə dərəcəsindən asılı olaraq dəyişə bilər. Diyetoloq qıcıqlanmış bağırsaq sindromu olan insanlara isə yetişmiş banan əvəzinə daha yaşıl, tam yetişməmiş banan seçməyi məsləhət görüb. Mütəxəssis, bu xəstəlikləri olmayan insanlar üçün gündə bir banan yeməyin, ümumiyyətlə, təhlükəsiz olduğunu bildirib. Bununla yanaşı, o, qida rasionunun müxtəlif olmasının vacibliyini də vurğulayıb. "Bağırsaqdakı faydalı bakteriyaların fəaliyyəti üçün müxtəlif mənbələrdən lif qəbul etmək lazımdır. Hər gün eyni qidaları, hətta sağlamlıq üçün faydalı olan banan kimi məhsulları belə, qəbul etmək qida rasionunun kifayət qədər müxtəlif olmamasına və bəzi qida maddələrinin çatışmazlığına səbəb ola bilər", - deyə diyetoloq xəbərdarlıq edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər