Dünya
"Hörümçək adam" bütün zamanların ən çox gəlir gətirən filmləri sırasında
"Hörümçək adam: Yeni gün" filmi ABŞ və Kanadada bütün zamanların ən çox gəlir gətirən filmləri siyahısında üçüncü pilləyə yüksəlib. Film ardıcıl dördüncü həftəsonu Şimali Amerika prokatında liderliyini qoruyub. Oxu.Az "Variety" nəşrinə istinadən xəbər verir ki, ötən həftəsonu Zendaya və Tom Hollandın rol aldığı ekran əsəri Şimali Amerika kinoteatrlarında 39 milyon dollar gəlir əldə edib. ABŞ və Kanadada filmin ümumi gəliri 855 milyon dollara çatıb. Bu göstərici ilə ekran əsəri yalnız "Qisasçılar: Final" (858 milyon dollar) və "Ulduz müharibələri: Gücün oyanması" (936 milyon dollar) filmlərindən geri qalır. Filmin dünya üzrə ümumi gəliri isə hazırda 2,2 milyard dollar təşkil edir. "Qisasçılar" istisna olmaqla, yalnız 2009-cu ildə ekranlara çıxan "Avatar" filmi (2,9 milyard dollar) dünya üzrə daha yüksək gəlir əldə edib. Şimali Amerika prokatında "Astral 6: Onlar artıq buradadırlar" qorxu filmi debüt həftəsonunda 25,3 milyon dollar gəlir əldə edərək ikinci pillədə qərarlaşıb. Filmin digər ölkələrdəki gəliri isə 35 milyon dollar olub. Beləliklə, ekran əsərinin ilk həftə üzrə ümumi gəliri 60 milyon dollara çatıb. Filmin büdcəsi isə 18 milyon dollar qiymətləndirilir. Üçüncü pillədə artıq altıncı həftədir kinoteatrlarda nümayiş olunan "Odisseya" filmi qərarlaşıb. Kristofer Nolanın ekran əsəri ötən həftəsonu 19,5 milyon dollar gəlir əldə edib. Filmin ABŞ və Kanadada ümumi gəliri 539 milyon dollara, dünya üzrə gəliri isə 1,44 milyard dollara çatıb.
Mənbə
oxu.az
Oxşar Xəbərlər