Kriminal
Ağdaşda kişi qətlə yetirildi - Kürəkəni tutuldu
Ağdamda qətl hadisəsi törədilib. Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə Səfərli qəsəbəsində qeydə baş verib. Belə ki, 1969-cu il təvəllüdlü Hüseynov Zakir Cəlal oğlu şəxsi münasibətlər zəminində bıçaqlanıb. Z.Hüseynov aldığı xəsarətdən hadisə yerindəcə ölüb. Onu qətlə yetirməkdə kürəkəni, 1996-cı il təvəllüdlü Eldəniz Elşən oğlu Qənbərov şübhəli bilinir. E.Qənbərov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.
Mənbə
oxu.az