Dünya
Uşağının gözündə parıltı görən britaniyalı qadın körpəsini ölümdən xilas etdi - FOTO
Böyük Britaniyada yaşayan, dörd aylıq Oliverin anası onun sağ gözünün düzgün fokuslanmadığını fərq edib. O, əvvəlcə bunun gələcəkdə uşağa sadəcə eynək lazım olacağı ilə bağlı olduğunu düşünüb. Lakin həqiqət daha ciddi olub. Körpənin gözündə yaranan qeyri-adi parıltı ananın vaxtında həkimə müraciət etməsinə və nəticədə onun həyatının xilas edilməsinə kömək edib. Oxu.Az xəbər verir ki, bu barədə "Mirror" nəşri yazıb. "O, sağa, pəncərə istiqamətində baxanda gözlərində parıltı gördüm. Düzünü desəm, düşündüm ki, bəlkə də mənə elə gəlir. Mən mümkün qədər çox foto və video çəkməyə, ekran görüntüləri götürməyə çalışırdım. Beş aylıq uşağı fotoda düzgün şəkildə çəkmək çox çətin idi", - deyə qadın jurnalistlərə bildirib. Daha sonra o, həkimə müraciət edərək çəkdiyi fotoları və uşağın gözündə müşahidə etdiyi parıltını göstərib. Müayinələr nəticəsində körpəyə ciddi xərçəng xəstəliyi diaqnozu qoyulub. Şişin birbaşa göz nahiyəsində yerləşdiyi müəyyənləşib. Beləliklə, ananın diqqətcilliyi xəstəliyin erkən aşkarlanmasına və vaxtında müalicəyə başlanılmasına imkan verib. Körpə bir neçə kurs şüa terapiyası alıb və müalicə təxminən bir il davam edib. Hazırda Oliverin vəziyyətinin yaxşı olduğu bildirilir.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az
Oxşar Xəbərlər