İdman

Millimizdən ardıcıl üçüncü qələbə...

24 Aug 2026, 21:19 2 baxış
Millimizdən ardıcıl üçüncü qələbə...

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakının ev sahibliyi etdiyi Avropa çempionatının C qrupunda növbəti oyununu keçirib.


Axar.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv qrup mərhələsinin III turunda Rumıniya komandası ilə qarşılaşıb. Milli Gimnastika Arenasında keçirilən görüş komandamızın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.


Xallarını 8-ə çatdıran Azərbaycan millisi C qrupunda liderliyini davam etdirir.


Yığma daha əvvəl Portuqaliya komandasını 3:1, İspaniya yığmasını isə 3:0 hesabı ilə üstələyib. Komanda növbəti oyunlarını Belçika və Niderland seçmələrinə qarşı keçirəcək.

Mənbə axar.az

Oxşar Xəbərlər