Digər

Müharibənin dayandırılması üzrə plan hazırlanıb - Zelenski

24 Aug 2026, 22:42 3 baxış
Müharibənin dayandırılması üzrə plan hazırlanıb - Zelenski

Ukrayna, Rusiyanın döyüşləri davam etdirmək istəyinə baxmayaraq, ABŞ və Avropa tərəfdaşları ilə birlikdə müharibəni dayandırmaq üçün bir sıra təkliflər hazırlayıb.


Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.


O, Kiyevin ABŞ Prezidenti Donald Trampın nümayəndələri və Avropa rəsmiləri ilə birlikdə bu plan üzərində işlədiyini bildirib.


Zelenskinin sözlərinə görə, bu plan atəşkəsi, Rusiya və Ukrayna qoşunlarının cəbhə xəttindən qarşılıqlı şəkildə çıxarılması və bufer zonasının yaradılmasını nəzərdə tutacaq.


"Bildiyimiz qədəri ilə Amerika tərəfindən bir neçə başqa ideya da var. Onları təqdim etmək üçün uyğun anı tapmaq istəyirlər. Biz onları gözləyirik", - deyə Zelenski əlavə edib.

Mənbə axar.az

Oxşar Xəbərlər