İdman

Ardıcıl beş oyunda qol vuran Simiç: "Komandaya töhfə vermək istəyirəm"

24 Aug 2026, 20:20 3 baxış
Ardıcıl beş oyunda qol vuran Simiç: "Komandaya töhfə vermək istəyirəm"
"Sabah böyük oyun olacaq". Oxu.Az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasından əvvəl keçirilən mətbuat konfransında "Sabah"ın futbolçusu Velko Simiç deyib. * "Hapoel Beer-Şeva"nın baş məşqçisi: "Sabah" çox yaxşı komandadır" * İsrail klubunun qapıçısı Bakıdakı oyunla bağlı DANIŞDI O bildirib ki, komanda azarkeşlərə gözəl oyun nümayiş etdirmək istəyir: "Sabah böyük kluba qarşı oynayacağıq. Biz bu stadionu sevirik və azarkeşlərimizi burada da sevindirəcəyimizə inanırıq. Ardıcıl beş oyunda qol vurmağım məni daha da motivasiya edir. Mən qol sayını artırmaqdan çox komandaya töhfə vermək istəyirəm". Qeyd edək ki, avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Sabah" - "Hapoel Beer-Şeva" matçı saat 20:45-də başlayacaq. Xatırladaq ki, komandalar arasında ilk qarşılaşma İsrail təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər